Sizin Reklam Burada!

Qorxu nə vaxt fobiyaya çevrilir?

Qorxu insanı təhlükələrdən qoruyan ən təbii emosiyalardan biridir. Lakin bəzən bu hiss real təhlükə olmadığı haldа belə, insanın davranışlarını idarə etməyə başlayır, gündəlik həyatını məhdudlaşdırır, sosial əlaqələrinə, peşəkar fəaliyyətinə mane olursa, artıq söhbət fobiyadan gedir. Fobiyalar insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilən psixoloji vəziyyətlərdən biri hesab olunur. Onlar müxtəlif səbəblərdən yarana, uzun illər davam edə və müalicə olunmadıqda insanın

31-08-2026, 10:51

Sonsuzluqla bağlı hansı yanlış fikirlər var?

Reproduktiv sağlamlıq təkcə hamiləlik, doğuş və sonsuzluq məsələlərini əhatə etmir. Müasir tibbi yanaşmaya əsasən, hormonal balans, həyat tərzi, immun sisteminin fəaliyyəti, ətraf mühit amilləri və metabolik proseslər reproduktiv sağlamlığın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, reproduktiv sağlamlıq insanın ümumi sağlamlığının vacib göstəricilərindən biri hesab olunur. Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloqu Afət Ərəbova ilə reproduktiv sağlamlığa müasir

31-08-2026, 10:47

Minilliklər boyu körpənin ehtiyaclarına uyğun formalaşmış ana südü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il dünyada avqustun 1-dən 7-dək Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Həftənin təsis edilməsi 1990-cı ildə ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır. Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin qeyd edilməsində məqsəd qadınları ana südü ilə qidalandırmanın sağlamlıq faydaları haqqında

31-08-2026, 10:44

“Paxis” onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Azərbaycanlı mütəxəssisin süni zəka əsaslı startapı həm həkimlərə, həm də xəstələrə yardımçıdır Ayşə Allahverdiyeva Azərbaycanı beynəlxalq elm, texnologiya və sahibkarlıq mühiti ilə birləşdirən gənc mütəxəssislərdən biridir. O, 18 yaşında təhsilini davam etdirmək üçün ABŞ-yə yollanıb. 2023-cü ildə Braun Universitetini koqnitiv neyroelm üzrə bakalavr dərəcəsi və “Data Fluency” üzrə sertifikatla bitirib. Bununla yanaşı, Universitetdə kompüter elmləri, antropologiya və ingilis ədəbiyyatı üzrə də

31-08-2026, 10:44

Azərbaycanda dərman bazarına necə nəzarət edilir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov mərkəzin əsas fəaliyyət istiqamətləri, dərman vasitələrinin keyfiyyətinə nəzarət prosesi, saxta və keyfiyyətsiz dərmanların qarşısının alınması üçün yaradılan yeni mexanizmlər, rəqəmsallaşma və elektron sistemlərin ekspertiza prosesinə inteqrasiyası, həmçinin regionlarda dərman təminatı və keyfiyyətə nəzarət sahəsindəki vəziyyət ilə bağlı AZƏRTAC-a müsahibə verib. - Murad müəllim, rəhbərlik etdiyiniz qurumun

31-03-2026, 08:03

Mövsümi qrip: yoluxma riski, peyvənd və düzgün müalicə

Payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları, xüsusilə də qrip xəstəliyi əhali arasında geniş yayılaraq həm uşaqlar, həm də böyüklər üçün sağlamlıq riski yaradır. Qrip virusu barədə cəmiyyətin düzgün və vaxtında məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Səhiyyə Nazirliyi V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Arzu Pənahova nazirliyin mətbuat xidmətinə qripin əlamətləri, hansı yaş qruplarının daha çox risk altında olması, xəstəlikdən

31-01-2026, 11:03

Qorxudan fobiyaya keçid və ondan necə qurtulmaq olar

Hər birimizin həyatında qorxular olur – qaranlıqdan, hündürlükdən, imtahandan... Bəzən bu qorxular o dərəcədə güclənir ki, gündəlik həyatımızı, sosial münasibətlərimizi və hətta evdən çıxmağımızı belə çətinləşdirir. Məhz bu zaman adi qorxu fobiyaya çevrilir. Səhiyyə Naziriyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova qorxu ilə fobiya arasındakı fərq, fobiyaların necə formalaşması, genetik və ətraf mühit faktorlarının rolu, ən çox rast gəlinən növləri, eləcə də uşaqlar və

31-01-2026, 08:06

Hazırda 1000 nəfərdən çox xəstə donor orqanı gözləyir

Hazırda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır. Bu fikirləri

30-11-2025, 10:03

Stresi düzgün idarəetmə və sağlam həyat tərzi təşviş pozuntusunun qarşısını almağa kömək edir

Müasir həyat stres içində keçir. Məlumdur ki, bir çox ciddi xəstəliklərin, o cümlədən təşviş pozuntusunun da kökündə məhz streslər dayanır. Bəs onlardan qorunmağın yolu varmı? Təşviş pozuntusunun qarşısını almaq olarmı? Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova nazirliyin mətbuat xidmətinə bu barədə müsahibə verib. - Lalə xanım, ilk növbədə bilmək istərdik ki, təşviş pozuntusu nədir və əlamətləri hansılardır? - Təşviş insanların qavradıqları və ya

31-08-2025, 12:53

Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur

Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova nazirliyin mətbuat xidmətinə müsahibə verib. - Afət xanım, hansı hallarda insan qan donoru ola bilməz? - Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə bu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən

31-08-2025, 12:04


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova